Bakıda polis güllə xəsarəti alıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu gün səhər saat 6 radələrində Səbail rayon Polis İdarəsinin əməkdaşı Elçin Qurbanov gecə növbəsində xidmətdə olarkən tabel silahı ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində xəsarət alıb.
O, dərhal xəstəxanaya çatdırılaraq həkimlərin nəzarətinə verilib. Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir və həyatı üçün təhlükə yoxdur.