Bakıda yeniyetmə oğlan itkin düşüb.
Lent.az xəbər verir ki, Binəqədi rayon sakini 13 yaşlı Rəhmətulin Nihat Sənan oğlu yanvarın 11-də 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 ünvanında yerləşən “Playstation klub” oyun zalına gedib və bir daha geri qayıtmayıb.
Bu barədə onun anası İ. Məmmədova polisə müraciətində bildirib.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində araşdırma aparılır.