Bakıda ölümlə nəticələnən yol qəzası olub.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, fevralın 13-də saat 1 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Ə.Musayev vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sabunçu rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü, Zabrat qəsəbə sakini T.Əliyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.