Bakıda aptekdə ölüm hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Nizami rayonu, "Neftçilər" metrostansiyası yaxınlığındakı apteklərdən birində qeydə alınıb. Parklanma nəzarətçisi işləyən 43 yaşlı Mehtiyev Mirağa Mirəli oğlu qəfil halı pisləşib. O, dərman almaq üçün aptekə daxil olub.
Lakin M. Mehtiyev burada keçinib. Onun xəstəlikdən öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.