Telejurnalist Ceyhun Rzayevin çağırışı ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən təcili müdaxilə edilib.
Nazirlikdən Lent.az-a verilən xəbərə görə, o, fikirindən daşındırılaraq polis orqanına dəvət edilib. Onu narahat edən hallar (ailə məsələsidir) araşdırılır.
Zəruri olan tədbirlərin görülməsi təmin ediləcək.
***
Saat: 10:00
İntihar anonsu ilə gündəmə gələn jurnalisti Ceyhun Rzayev sosial şəbəkə hesabında sonuncu iş yerini “Xəzər” televiziyası kimi qeyd edib.
Lent.az-ın əldə etdiyi məlumata görə isə C. Rzayev hazırda ATV kanalında idman müxbiridir.
***
Saat: 09:32
"Xəzər TV"nin keçmiş idman jurnalisti intihar edəcəyi barədə anons verib.
Lent.az xəbər verir ki, jurnalist Ceyhun Rzayev bu gün saat 11-də Kaveroçkin küçəsində, Göy məscidin arxasındakı "Dərə" marketin yaxınlığında özünü öldürəcəyini bildirib.
Buna səbəb kimi isə barəsində çıxarılan məhkəmə qərarı olduğunu göstərib. C. Rzayev telekanalları hadisəni canlandırmağa çağırıb.
Qeyd edək ki, C. Rzayevlə valideynləri arasında yaşadıqları ev üstündə məhkəmə çəkişmələri yaranıb. Nəticədə məhkəmə jurnalsitin valideynlərinin xeyrinə qərar çıxarıb. Məlumata görə, bu gün icra məmurları jurnalistin yaşadığı ünvana gələrək onu və ailəsini evdən çıxaracaqlar. C. Rzayevin məhz buna etiraz əlaməti olaraq intihar anonsu verdiyi bildirilir.
