Bakıda oğul anasının evindən  külli miqdarda qızıl oğurladı
15 iyun 2023 11:10 (UTC +04:00)

Bakıda oğul anasının evindən külli miqdarda qızıl oğurladı

0

Bakıda evdən külli miqdarda oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyunun 8-də Binəqədi rayonunun Dərnəgül qəsəbəsindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən ev sahibəsinin oğlu Ü.Əhmədov müəyyən edilərək saxlanılıb. 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2530

Oxşar yazılar