Bakıda oğul anasını  ağacla döydü
12 fevral 2023 22:25 (UTC +04:00)

Bakıda oğul anasını ağacla döydü

1

Bakının Nəsimi rayonunda oğul anasını döyüb.

Lent.az xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü Mustafayeva Afizər Yunis qızı yaşadığı evdə oğlunun işgəncəsinə məruz qalıb.

Belə ki, oğlu onu ağac budağı ilə döyüb.

Yaralı qonşuların köməkliyi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

A.Mustafayevaya qapalı kəllə-beyin travması, alın nahiyyəsinin açıq yarası və burun sümüklərinin yer dəyişən sınığı diaqnozu qoyulub.

Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Nurlan Əli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2889

Oxşar yazılar