İyunun 17-də paytaxtın Suraxanı rayonunun Zığ qəsəbəsində yerləşən ofislərin birindən 2886 manatın oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və soyğunçuluq cinayətləri ilə əlaqədar məhkum olunmuş Zahir Nəbiyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.