Bakıda ödəmə terminalından 7000 manat oğurlandı
18 yanvar 2024 08:06 (UTC +04:00)

Bakıda ödəmə terminalından 7000 manat oğurlandı

0

Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən marketlərdən birinin qarşısında quraşdırılan ödəmə terminalından 6999 manat oğurlanması barədə polisə məlumat daxil olub. 

DİN-dən Lent.az-a bildirilib ki, Bakı şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən Astara rayon sakini 1995-ci il təvəllüdlü Asim Əsədli və Masallı rayon sakini 1994-cü il təvəllüdlü Xəyal Məmmədov saxlanılıblar.

Faktla bağlı Xəzər RPİ-də Cinayət İşi başlanılıb istintaq tədbirləri davam etdirilir. A.Əsədli və X.Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5226

Oxşar yazılar