Bakının Qaradağ rayonunda istismarı dayandırılmış neft quyusunda yanğın baş verib.
FHN-dən Lent.az-a verilən məlumata görə, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Köpük əmələgətirən maddədən istifadə edilməklə görülmüş operativ tədbirlər sayəsində yanğın qısa zamanda söndürülərək ciddi fəsadların qarşısı alınıb.
Hazırda ərazidə aidiyyəti qurumlar müvafiq təhlükəsizlik tədbirləri görür.