Bakıda motosiklet piyadanı vurdu - FOTO
17 mart 2021 05:37 (UTC +04:00)

Bakıda motosiklet piyadanı vurdu - FOTO

0

Bakının Nəsimi rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Azərbaycan prospekti ilə Füzuli küçəsinin kəsişməsində qeydə alınıb.

1960-cı il təvəllüdlü Belarusiy Yuliy Vitaliyeviç sərxoş halda avtomobil yoluna çıxıb. Bu zaman onu motosiklet vurub. Yaralı xəstəxanaya çatdırılıb. Növbətçi travmatoloqun APA-ya verdiyi məlumata görə, piyada komatoz vəziyyətdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1337

Oxşar yazılar