Bakıda "Mercedes"lə vurulan  piyada öldü
15 avqust 2022 21:49 (UTC +04:00)

Bakıda "Mercedes"lə vurulan piyada öldü

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

İstismara verilməyən yolla, qarşı istiqamətə hərəkət edən “Mercedes” markalı avtomobil yolu keçən 30-35 yaşlı kişini vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb olunub.

# 1149
avatar

Oxşar yazılar