Bakıda mənzildə YANĞIN -  Ölən var
28 mart 2023 13:01 (UTC +04:00)

Bakıda mənzildə YANĞIN - Ölən var

Bakıda mənzildə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 78 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd divan və 1 ədəd kreslo qismən yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

# 1077
avatar

Arzu Qurbanlı

Oxşar yazılar