Bakıda mənzildə meyit tapdılar
03 fevral 2021 04:54 (UTC +04:00)

Bakıda mənzildə meyit tapdılar

0

Bakının Yasamal rayonunda qapısı bağlı qalmış mənzildə bir nəfərin meyiti aşkar olunub.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1943-cü il təvəllüdlü Əliyev Vaqif Veys oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1702

Oxşar yazılar