Bakıda məmur olmaq istəyən şəxsə 20 minlik  DƏLƏDUZLUQ
14 dekabr 2022 19:21 (UTC +04:00)

Bakıda məmur olmaq istəyən şəxsə 20 minlik DƏLƏDUZLUQ

Bakıda işə düzəltmə adı ilə dələduzluq edilib.

Lent.az xəbər verir ki, paytaxt sakini E. Əliyev Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda törədildikdə) maddəsilə ittiham olunur.

Əldə etdiyimiz məlumata görə, E. Əliyev özünü işgüzar şəxs kimi təqdim edərək, digər Bakı sakinini işə düzəltmək adı ilə aldadıb. Belə ki, o, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-ixrac Əməliyyatlar üzrə Baş İdarəsində baş inspektor işləmək istəyən H. C-ya kömək edəcəyini deyib. Bu məqsədlə ondan 20 min manat pul alıb. Ancaq sonra ortada nə pul olub, nə də iş.

Aldadıldığını görən zərərçəkmiş hüquq-mühafizə orqanlarına üz tutub. Nəticədə E. Əliyev barəsində yuxarıda qeyd etdiyimiz maddə üzrə cinayət işi başlanıb.

Prosesə Nərimanov rayon Məhkəməsində baxılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2139
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21