Bakının Nərimanov rayonunda məktəbli qıza qarşı qeyri-etik hərəkətlər edən şəxsin saxlanılması barədə xəbər vermişdik.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev Lent.az-a bildirib ki, şübhəli şəxs axtarışda olan zaman xarici görünüşünü, hətta yerişini də dəyişmişdi:
"Azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şübhəli şəxs necə saxlanıldı? O, təcrübəli idi, çünki oğurluq və digər cinayətkar əməllərinə görə həbsxana görmüşdü. Dörd gün ərzində bir neçə dəfə axtarışın istiqamətini dəyişməyə çalışdı. Polis əməkdaşları onun tutulması üçün 159 vətəndaşdan məlumat topladı, 57 şəhər kamera görüntülərinin araşdırdı. O, xarici görkəmini, hətta yerişini də dəyişmişdi. Bütün tədbirlərinə baxmayaraq, saxlanıldı. Onun saxlanılması istiqamətində əməliyyat qruplarına kömək edən vətəndaşlara təşəkkür edirik".