Bakıda məktəbdəki yanğın söndürüldü - YENİLƏNİB
21 fevral 2024 11:17 (UTC +04:00)

Bakıda məktəbdəki yanğın söndürüldü - YENİLƏNİB

Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən 17 saylı orta məktəbin həyətində yığılmış tullantılarda baş vemiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən qısa müddətdə söndürülüb.

Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Yanğın nəticəsində məktəbin həyətində 0.5 kv.m. sahədə taxta qırıntıları yanıb.

***
Saat: 10:35

Bakıda məktəbin ərazisində yanğın baş verib.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilir yanğın Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən 17 saylı tam orta məktəbin ərazisində qeydə alınıb.

Hadisə yerinə FHN-in yanğınsöndürən qüvvələri cəlb olunub. Yanğının qarşısını almaq üçün tədbirlər görülür.

# 3120
avatar

Oxşar yazılar