Bakıda məktəb direktorunu hədələyib pul istədilər
27 dekabr 2022 16:44 (UTC +04:00)

Bakıda məktəb direktorunu hədələyib pul istədilər

Bakıda orta məktəb direktoruna hədə-qorxu gəlib pul tələb ediblər.

Lent.az-ın məlumatına görə, hadisə Xəzər rayonu Binə qəsəbəsindəki 136 saylı orta məktəbdə qeydə alınıb. Özünü jurnalist kimi təqdim edən Oqtay Həsənov direktor Aysel Şərbətovaya hədə-qorxu gələrək, 150 manat pul tələb edib.

Direktor hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Şikayət əsasında Xəzər rayon Polis İdarəsində araşdırmalar başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2799
avatar

Oxşar yazılar