Bakıda məhkum 3 nəfəri xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib.
Lent.az-ın məlumatına görə, hazırda həbsxanada cəza çəkən T. Abdullayev N. Hüseynov, H. Hüseynova və V. Məhərrəmovu məhkəməyə verib.
Onun iddiasına görə, 2019-cu ildə, istintaq zamanı N. Hüseynov və H. Hüseynova onu söyüb. Bu zaman işi aparan müstəntiq V. Məhərrəmov T. Abdullayevin təhqir olunmasına mane olmayıb.
Şikayət olunan hər üç şəxs barəsində Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə cinayət işi başlanıb.