Bakıda məcburi köçkünlər yaşayan evlər yandı
21 yanvar 2022 09:26 (UTC +04:00)

Bakıda məcburi köçkünlər yaşayan evlər yandı

Bakıda uşaq bağçasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə paytaxtın Qaradağ rayonunda baş verib. Fəaliyyət göstərməyən uşaq bağçasının ərazisində ümumi sahəsi 500 m² olan taxta konstruksiyalardan ibarət bir-birinə bitişik özbaşına tikililər 140 m² sahədə (məcburi köçkünlərin yaşadığı) yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınaraq, bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1357

Oxşar yazılar