Səbail RPİ-nin 8-ci Polis Bölməsinə martın 20-nə keçən gecə A.İsmayılov küçəsində Bakı şəhər sakini M.Hüseynova məxsus “Tofaş” markalı avtomobilin mühərrik və şit hisssəsinin yandırılması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Saatlı rayon sakini S.Məlikov saxlanılıb.
Araşdırma aparılır.