Bakıda avtomobilin vurduğu piyada dünyasını dəyişib.
Lent.az xəbər verir ki, hadisə avqustun 26-da Yasamal rayonu, Z. Əhmədbəyov küçəsində qeydə alınıb. Zamanov Taleh Sabir oğlu idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə 30 yaşlı piyada Babazadə Əli Ənvər oğlunu vurub. yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Burada həkimlərin müdaxiləsinə baxmayaraq, o, sentyabrın 14-də vəfat edib.
Faktla bağlı araşdırma aparılır.