Bakıda dərsə gedən müəllimi maşın vurub öldürdü  - YENİLƏNİB
23 yanvar 2025 12:34 (UTC +04:00)

Bakıda dərsə gedən müəllimi maşın vurub öldürdü - YENİLƏNİB

Bakıda avtomobilin vurduğu qadınla bağlı yeni məlumatlar ortaya çıxıb.

Lent.az xəbər verir ki, mərhum Günay Pirizadə Pərviz İsmayılov adına 278 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. Məlumata əsasən, o, səhər saat 7:40-da dərsə gedərkən minik avtomobili onu vurub. Yaralı aldığı xəsarətlərdən yerindəcə keçinib.

Hadisə ilə əlaqədar cinayət işi açılıb.

***
09:22

Bakıda maşın qadını vurub.

Lent.az xəbər verir ki, hadisə Nizami rayonu Rüstəm Rüstəmov küçəsində baş verib.

Məhərrəmov Şükür Telman oğlu idarə etdiyi "Tofaş Doğan" markalı avtomobillə yolu keçən Pirizadə Günay Əli qızını vurub. Nəticədə qadın yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1407
avatar

Mehman Nəbiyev

Oxşar yazılar