Rusiyanın Sverdlovsk vilayətinin məhkəmə icraçıları 2024-cü ildə 4200-dən çox qanunsuz miqrantı ölkəsinə göndərib ki, bu da 2023-cü illə müqayisədə 1872 nəfər çoxdur.
Lent.az yerli mediaya istinadla bildirir ki, 2024-cü ildə 1627 Tacikistan, 1531 Özbəkistan, 785 Qırğızıstan və 117 Azərbaycan vətəndaşı vilayətdən çıxarılıb. Yerdə qalanlar isə Seneqal, Vyetnam, Gürcüstan, Misir, Kamerun, Konqo, Çin vətəndaşlarıdır. Qeyd edilir ki, bütün əcnəbilər Sverdlovska pul qazanmaq üçün gəliblər.
Deportasiya qərarına əlavə olaraq, məhkəmə hər bir qeyri-qanuni miqrantı cərimələyib.