Lent.az-ın “bir sual, bir cavab” rubrikasında növbəti mövzu icbari tibbi sığorta ilə bağlıdır.
İcbari tibbi sığortanı ödəməməyin cəzası var?
“Tibbi sığorta haqqında” Qanunun 15-1-ci maddəsinə əsasən icbari tibbi sığortanın əsas prinsiplərindən biri də sığortahaqlarının müntəzəm ödənilməsinin məcburiliyidir. Qanunun pozulmasında təqsirli olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.