Aysun İsmayılova tanınmış vəkildən boşanır - ÖZƏL
23 yanvar 2025 13:32 (UTC +04:00)

Aysun İsmayılova tanınmış vəkildən boşanır - ÖZƏL

Müğənni Aysun İsmayılova tanınmış vəkil olan həyat yoldaşından boşanır. 

Lent.az-ın əldə etdiyi məlumata görə, tərəflər artıq bununla bağlı hüquqi addımlar atıblar. 

Xəbəri dəqiqləşdirmək üçün müğənninin vəkil həyat yoldaşı 30 saylı Vəkil Bürosunun rəhbəri Ramil Vəliyevlə əlaqə saxladıq.

R. Vəliyev Lent.az-a açıqlamasında bildirib ki, ailədə problemlər olsa da hələlik bununla bağlı məhkəməyə müraciət olunmayıb: "Mənim kobud və soyuq xarakterdə olmağıma görə müəyyən problemlər var, amma boşanma qərarı və ya iddia verilməyib məhkəməyə". 

Qeyd edək ki, cütlük 2 il öncə ailə qurmuşdular və onların Sevgi adlı qız övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8844
avatar

Orxan Rasifoğlu

Oxşar yazılar