Bakıda marketlərdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayonu ərazisində yerləşən iki marketdən ümumilikdə 100 manat pul, 3000 manat dəyərində tütün məmulatı və 1000 manat dəyərində qol saatı oğurlanıb.
Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nurlan Sayadov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.