Bakıda mağaza qarət edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayonunun Müşfiq qəsəbəsindəki mağazaların birindən 835 manat pul oğurlanması barədə polisə məlumat daxil olub.
Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Z.Kərimov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.