Bakıda mağaza qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayonu ərazisindəki mağazaların birindən 93855 manat dəyərində 35 ədəd mobil telefon oğurlanıb.
Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini A.İbrahimov saxlanılıb.