Bakıda mağazadan 4 minlik quru meyvə  oğurlandı
17 yanvar 2024 12:02 (UTC +04:00)

Bakıda mağazadan 4 minlik quru meyvə oğurlandı

Bakıda mağazadan külli miqdarda oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayonu ərazisində mağazaların birindən 185 manat pul və 4000 manat dəyərində quru meyvələr oğurlanıb.

Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Zahid Nəsirov və Qəbələ rayon sakini, əvvəllər məhkum olunmuş Haldun Yusibov saxlanılıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4392
avatar

Oxşar yazılar