Bakıda mağazada yanğın olub.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Nizami rayonunda ümumi sahəsi 30 m² olan tikinti materialları satışı mağazasının döşəməsi 10 m² sahədə və taxtadan ibarət arakəsmə divarı 9 m² sahədə yanıb.
Mağazanın qalan hissəsi və bitişik ticarət mərkəzi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.