Bakıda KÜLƏK FACİƏSİ:  4 yaralı...
04 aprel 2024 15:15 (UTC +04:00)

Bakıda KÜLƏK FACİƏSİ: 4 yaralı...

Son məlumata əsasən, aprelin 4-də güclü külək səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 3 ünvan üzrə 4 müraciət qeydə alınıb.

Bu barədə TƏBİB-dən Lent.az-a məlumat verilib.

Hər üç ünvana təcili tibbi yardım briqadası cəlb olunub.

Külək nəticəsində müxtəlif səbəblərdən xəsarət alanlardan 2 nəfər kişi, 2 nəfər isə qadın olub. 

Onlardan 2 nəfər (1 qadın, 1 kişi olmaqla) ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub.

2 nəfərə  (1 qadın, 1 kişi olmaqla) isə təcili yardım briqadaları tərəfindən yerində yardım göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3711
avatar

Fidan İlqar

Oxşar yazılar