Bakıda küçədən kişi meyiti tapıldı -  FOTO
20 aprel 2022 13:41 (UTC +04:00)

Bakıda küçədən kişi meyiti tapıldı - FOTO

Xəzər rayonu, Mərdəkan qəsəbəsində 55-60 yaşlarında boyu 170 santimetr olan naməlum kişi meyiti aşkarlanıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki,ilkin ehtimala görə mərhum tüfeyli həyat tərzi keçirən şəxs olub. Aparılan araşdırmalar zamanı onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Bu şəxsi tanıyanlardan, barəsində məlumatı olanlardan Xəzər rayon Polis İdarəsinə, 012-554-22-22 və 055-270-24-34 nömrələrinə, həmçinin, Nazirliyin "102" Xidməti Zəng Mərkəzinə zəng edərək məlumat vermələri xahiş olunur.

Naməlum kişi meyiti

# 2175
avatar

Mehman Nəbiyev

Oxşar yazılar