Bakıda azyaşlının qida borusunda yad cisim tapılıb.
Lent.az xəbər verir ki, bir müddətdir öskürəkdən əziyyət çəkən 2 yaşlı uşağa xeyli sirop və dərmanlar verilsə də, əhəmiyyətsiz olub. Sonda uşağın valideynləri onu özəl klinikalardan birində rentgen müayinəsinə gətiriblər.
Müayinə zamanı məlum olub ki, uşaq 2 həftə əvvəl oynayarkən qəpik udub. Qəpik onun qida borusunun boyun-döş keçidində ilişib qalıb.
Hazırda azyaşlı qida borusundakı qəpiyin çıxarılması üçün aidiyyatı üzrə göndərilib.