Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, paytaxtın Nizami rayonunda həyat tərzi dilənçilik olan roman əsilli qadın körpə bacısını diləndirməsi polis tərəfindən aşkarlanıb. Keçirilən tədbirlərlə körpə küçədən götürülüb və aidiyyəti üzrə təhvil verilib.
Polis tərəfindən dindirilən körpənin bacısı bildirib ki, insanlar körpəyə daha çox pul verir: "Bayramdır, ona görə körpə ilə çıxdım ki, daha çox pul yığım. İnsanlar körpəyə daha çox pul verir...".