Bakıda koronavirus xəstəsi son anda xilas olundu -  İNTİHAR EDƏCƏKDİ...
07 aprel 2021 01:19 (UTC +04:00)

Bakıda koronavirus xəstəsi son anda xilas olundu - İNTİHAR EDƏCƏKDİ...

Sosial şəbəkə istifadəçisi Günel Hakimqoca (Gunel Farkhad Khakhimqoja) son statusunda koronavirus xəstəsi olduğunu və intihar edəcəyini yazıb.

Lent.az xəbər verir ki, statusla əlaqədar polis əməkdaşları həmin qadının yaşadığı ünvanı müəyyən edərək dərhal hadisə yerinə yollanıblar. 

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə mənzilə daxil olunub. Qadınla aparılan söhbət zamanı onu intihar fikrindən döndərmək mümkün olub.

Qadın hazırda tibb müəssisəsinə yerləşdirilib. Həyati təhlükəsi və sağlamlığında problem yoxdur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4257
avatar

Oxşar yazılar