Bakıda mənzildən meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, paytaxtın Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Xilasetmə xidmətinin əməkdaşları mənzilin giriş qapısını açıb və orada aşkarlanan 81 yaşlı Məmmədova Səmayə Bədrəddin qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.