Bakıda kişini avtomobil vurdu – VƏZİYYƏTİ AĞIRDIR
16 dekabr 2021 04:38 (UTC +04:00)

Bakıda kişini avtomobil vurdu – VƏZİYYƏTİ AĞIRDIR

0

Paytaxtın Sabunçu rayonunda bir nəfər yol qəzası zamanı ağır xəsarət alıb.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə Bakıxanov qəsəbəsində baş verib.
1969-cu il təvəllüdlü Qədirli Elcan Bəhram oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində təhqiqat aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1438

Oxşar yazılar