Bakıda kişinin infarktdan öldüyü məlum olub.
Bu barədə Lent.az-a mərhum Z. Kərimovun ailə üzvləri məlumat verib. Onların sözlərinə görə, mərhum yaşadığı evdə qəfil ürəktutmasından dünyasını dəyişib.
Bu Suraxanı rayon məhkəmə-tibbi ekspertiza şöbəsinin müayinəsi zamanı müəyyən edilib.
Hazırda rayon prokurorluğunda araşdırma aparılır.
***
Saat: 09:35
Bakıda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində baş verib. 40 yaşlı Z. Kərimov yaşadığı evdə kimyəvi tərkibli maye içərək özünü öldürüb.
Faktla bağlı araşdırma aparılır.