Bakıda kişi qazdığı  quyuya düşdü
10 dekabr 2021 10:31 (UTC +04:00)

Bakıda kişi qazdığı quyuya düşdü

Bakıda kişi quyuya düşüb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın Nizami rayonunda 1 nəfər qazıntı işləri aparılan ərazidə dərinliyi təqribən 5 metr olan çuxura düşərək orada köməksiz vəziyyətdə qalıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.

Xilasedicilərin çevik müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində vətəndaşın çuxurdan çıxarılaraq təcili və təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilməklə xilas olunması təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1743
avatar

Mehman Nəbiyev

Oxşar yazılar