Bakıda 2 nəfərə qarşı dələduzluq edilib.
Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Polisə şikayət edən R. Şalanzadə köhnə dostu X. Arazlının iş qurmaq adı ilə ondan və tanışından 19 min 500 manat aldığını bildirib. Şikayətçinin sözlərinə görə, köhnə tanışı vədinə əməl etməyib. Sonrada həmin pulun 8 min manatını qaytarsa da, qalanını verməkdən imtina edib.
Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə zərərçəkmişə dəyən ziyan tam ödənilib.
Araşdırma aparılır.