Bakıda intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib. 52 yaşlı Quliyev Bəhruz Tarael oğlu yaşadığı evin həyətində bel kəməri ilə özünü asaraq, həyatına son qoyub.
İlkin məlumata görə, B. Quliyev bir müddət əvvəl insult keçirib. Bundan sonra onda psixoloji sarsıntılar yaranıb.
Hazırda faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbləri araşdırma nəticəsində bilinəcək.