Bakıda "KamAZ" qadını vurub öldürdü
01 mart 2023 13:14 (UTC +04:00)

Bakıda "KamAZ" qadını vurub öldürdü

0

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə fevralın 28-də saat 15 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini İ.İbrahimov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən həmyerlisi H.Orucovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1940

Oxşar yazılar