Bakıda kafedən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nərimanov rayonu ərazisində yerləşən kafelərin birindən 5400 manat pul oğurlanıb.
Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Rəşid Məlikov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.