Bakıda işıq dirəklərinin lampaları qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, mayın 28-dən 31-dək olan müddətdə Suraxanı rayonu ərazisində yolun işıqlandırılması üçün quraşdırılmış “Bakı Abadlıq" MMC-yə məxsus 1295 manat dəyərində 37 ədəd lampa oğurlanıb.
Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini R.Əliyev saxlanılıb.