Bakıda marketdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, martın 13-dən 21-dək olan müddətdə rayon ərazisindəki marketlərin birindən 10000 manat dəyərində ərzaq malları oğurlanıb.
Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən marketin işçisi, Gəncə şəhər sakini V.İsgəndərov saxlanılıb.