Bu gün səhər saatlarında Bakıda intihara cəhd hadisəsi olub.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, bir nəfər Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində yerləşən mənzilində intihara cəhd edib.
Bu barədə vətəndaşın yaxınları FHN-in “112” qaynar telefon xəttinə məlumat veriblər.
Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 24 yaşlı vətəndaş yaşadığı mənzildə intihara cəhd edib.
Xilasedicilərin çevik müdaxiləsi sayəsində xüsusi vasitələrin köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin qapısı açılmış və özünə müxtəlif bədən xəsarətləri yetirərək intihara cəhd etmiş vətəndaş mənzildə huşsuz vəziyyətdə aşkar olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.