Bakının Nərimanov və Xəzər rayonlarında yol qəzası zamanı iki nəfər xəsarət alıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Şağan qəsəbəsi və metronun Nəriman Nərimanov stansiyalarının yaxınlığında baş verib. Şağan qəsəbəsində 1997-ci il təvəllüdlü Əşrəfova Aynurə Samiq qızı piyada keçidindən keçərkən onu minik avtomobili vurub.
Digər analoji hadisə Nərimanov parkının qarşısında baş verib. 1964-cü il təvəllüdlü Məmmədov Elman Seyfəddin oğlu yolun müəyyən edilməmiş hissəsindən keçərkən onu maşın vurub. Yaralılar xəstəxanaya yerləşdirilib.