Bakıda İcra Hakimiyyətinin qarşısında BOMBA HƏYƏCANI
28 yanvar 2022 12:03 (UTC +04:00)

Bakıda İcra Hakimiyyətinin qarşısında BOMBA HƏYƏCANI

0

Səbail rayon İcra Hakimiyyətinin qarşısında bomba həyəcanı yaşanıb.

Lent.az-ın məlumatına görə, hadisə yanvarın 27-si saat 16 radələrində qeydə alınıb.

Belə ki, naməlum şəxs Səbail rayon İcra Hakimiyyətinin qarşısına bomba qoyulduğunu bildirib.

Araşdırma zamanı həmin şəxsin Bakı şəhər sakini, 28 yaşlı A. F (ad soyad şərti) olduğu məlum olub.

Həmin şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Onu ruhi xəstə olduğu müəyyənləşib və o, psixiatriya xəstəxanasına yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6200

Oxşar yazılar