Bakıda hissələrə bölünən maşının sürücüsü öldü - SƏBƏB
24 fevral 2021 01:21 (UTC +04:00)

Bakıda hissələrə bölünən maşının sürücüsü öldü - SƏBƏB

Bakının Yasamal rayonunda avtomobil aşıb sürücü ölüb.

APA xəbər verir ki, hadisə Bakı Dairəvi Yolunda qeydə alınıb.

"NAZ" markalı avtomobili idarə edən sürücü 1987-ci il təvəllüdlü Hacıyev Orxan Zahir oğlu yolun buzlu olması səbəbindən avtomobilə nəzarəti itirib. Maşın dərəyə aşaraq bir neçə hissəyə bölünüb.

Sürücü hadisə yerində ölüb. Meyit morqa təhvil verilib.

Avtotexniki ekspertiza təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2085
avatar

Oxşar yazılar